Beyləqanda iki avtomobil toqquşdu - ölən var

Hadisə
30-07-2022, 13:24
Beyləqanda iki avtomobil toqquşdu - ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Bünyadlı kəndi ərazisində rayon sakinləri R.Əliyevin idarə etdiyi "Ford” və O.Məmmədovun idarə etdiyi "BMW” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, sərnişin Qasım Quliyev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.