Bakıda yanğında ağaclar məhv oldu

Hadisə
5-05-2021, 09:35

Bakıda yanğında ağaclar məhv oldu

 

Bakı şəhərinin Binəqədi rayonunda 70 kvadratmetr sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 kvadratmetr sahədə əriyib.

 

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.