22 Noyabr 2020, Bazar
3 may 2021, 13:08 | Hadisə
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ

Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ

 

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı aşkar edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

Aparılan istintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevral ayından "DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

30.04.2021-ci il tarixdə Vəliyev Vəkil Səfər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


Tel-Əviv raket atəşinə tutulub - VİDEO 11 may 2021, 23:09 Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO 11 may 2021, 22:51 Prezident İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər 11 may 2021, 19:18 İlham Əliyev Vladimir Putinə başsağlığı verib 11 may 2021, 19:08 AŞPA vitse-prezidenti: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb” 11 may 2021, 18:49 Dayısı Fatmanı yastıqla boğub öldürübmüş… 11 may 2021, 18:37 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində – Foto 11 may 2021, 18:24 Azərbaycanlı rəssam Türkiyədə vəfat etdi 11 may 2021, 17:44 “2-3 günə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq” 11 may 2021, 17:27 Yoluxanlarla bağlı bu günə olan statistika 11 may 2021, 16:49 Müdafiə naziri hərbi hissədə olub - Foto 11 may 2021, 16:27 Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - Fotolar 11 may 2021, 16:09 Zakir Həsənov Azərbaycan ordusunu təbrik etdi 11 may 2021, 15:23 Yeni şura yaradıldı: Şeyx sədr seçildi 11 may 2021, 15:03 Bayden-Putin görüşü keçiriləcək? - Lavrovdan AÇIQLAMA 11 may 2021, 14:59 Lavrov Qarabağdakı sülhməramlıların fəaliyyətindən DANIŞDI 11 may 2021, 14:00 Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı 11 may 2021, 13:45 Rusiyada məktəbə hücum edənlərdən biri öldürülüb - FOTO 11 may 2021, 13:29 Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur? 11 may 2021, 13:07 Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - VİDEO 11 may 2021, 12:50 İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi 11 may 2021, 12:30 Lavrov Bakıda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO 11 may 2021, 12:19 Sabahın hava proqnozu AÇIQLANDI 11 may 2021, 11:51 İlham Əliyevin Naxçıvan səfəri və Rusiyaya verilən mesajlar - TƏHLİL 11 may 2021, 11:34 Bayramovla Lavrov arasında görüş başladı 11 may 2021, 11:15