Tayvanda güclü zəlzələ oldu

Gündəm / Dünya
21-12-2025, 11:00
Tayvanda güclü zəlzələ oldu

Tayvanın şərq sahilindəki Hualien əyalətinin sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Bu haqda Mərkəzi Meteorologiya Bürosu (CWA) açıqlama yayıb.
Zəlzələnin Hualien şəhər mərkəzindən 18,3 kilometr şimal-şərqdə, 31,6 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.