Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb
Gündəm / Sosial
30-10-2025, 16:22

Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.
Xeberekspress.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ("Medinex 2025") çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, mərkəz Yeni Klinikanın tərkibində yaradılıb və 3600 kvadratmetr sahəni əhatə edir:
"Burada gün ərzində 500-ə yaxın pasiyentin qəbulu nəzərdə tutulub".