Abbas Əraqçi: Raket arsenalı məsələsini heç kimlə müzakirə etmirik

Gündəm / Sosial
20-06-2025, 15:54
Abbas Əraqçi: Raket arsenalı məsələsini heç kimlə müzakirə etmirik

İran raket arsenalı məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmır.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Avropa ”üçlüyü” (Böyük Britaniya, Alaniya və Fransa) nümayəndələri ilə danışıqlara işarə edərək bildirib.

Onun sözlərinə görə, bu danışıq nüvə məsələsi ilə bağlıdır: “Aydınlaşdırım ki, raket məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmırıq”.