Professor İlbər Ortaylı: Ombudsman Səbinə Əliyeva haqqında şərhi.

Gündəm / Sosial
24-02-2025, 09:45
 

Professor İlbər Ortaylı: Ombudsman Səbinə Əliyeva haqqında şərhi.

 

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Dr. Səbinə Əliyeva biliyi və zərifliyi ilə bizim türk dünyansında heyran olunan şəxsiyyətlərdən biridir. Gənc nəslin qürurlu üzvüdür."

Bu sözləri Hurriyət-ə müsahibəsində tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylı deyib.

Professor diqqətə çatdırıb ki, Mən bu həftənin əvvəlində Bakıda idim. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Dr. Səbinə Əliyeva biliyi və zərifliyi ilə bizim türk dünyansında heyran olunan şəxsiyyətlərdən biridir. Gənc nəslin qürurlu üzvüdür. Məni Azərbaycan Milli Elmlər Akademiyasında konfransa dəvət etdi. Düşünməliyik ki, bu Akademiya bizim Mülkiyyə kimidir. Amma Mülkiyəni indiki vəziyyətindən xilas etmək üçün nümunə götürülə biləcək iki qurum var: Fransadakı Milli İdarə , ikincisi isə bu Akademiyadır. Bu münasibətlə iki gün Bakıda oldum. Həqiqətən də qışın ortasında yorucu bir səfər idi. Bakının iqlimi sərtdir və küləkləri hamıya məlumdur; amma onun mənəvi ab-havası məni ruhlandırdı- deyə İlbər Ortaylı qeyd edib.

XeberEkspress.az