Deputat Pərvanə Vəliyeva növbəti dəfə seçiciləri ilə görüşdü
Gündəm / Sosial
8-02-2025, 17:32
Deputat Pərvanə Vəliyeva: 8 fevral deputatı olduğum Xətai rayonunda vətəndaş qəbulu keçirdik, dəyərli seçicilərimlə görüşdük. Görüş zamanı onların qaldırdıqları məsələləri dinlədik, müraciətlərini qəbul etdik.
"XeberEkspress.az" xəbər verir ki, 8 fevral 2025-ci il deputat Pərvanə Vəliyeva Xətai rayonunda vətəndaş qəbulu keçirib. Görüş zamanı Xətai rayon sakinlərinin qaldırdıqları məsələləri dinlərək müraciətlərini qəbul edib.
Görüşdə, vətəndaşlara operativ xidmət məqsədilə, həmçinin, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib.
Vətəndaşların müraciətlərinin həlli istiqamətində çalışacağıq deyə deputat qeyd edib.