Hava Limanı yolunda sürət həddi endirildi

Gündəm / Sosial
2-12-2024, 08:53
Hava Limanı yolunda sürət həddi endirildi
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.