İsrail Ordusu döyüşlər zamanı 5 hərbçinin öldüyünü açıqlayıb

Gündəm / Dünya
30-10-2024, 08:43
İsrail Ordusu döyüşlər zamanı 5 hərbçinin öldüyünü açıqlayıb
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı və Livanın cənubunda şiə Hizbullah təşkilatına qarşı döyüşlər nəticəsində 5 hərbçinin öldüyünü bildirib.

Kapitan, həmçinin üç çavuş Fələstin anklavının şimalındakı Cəbəliyyədə öldürülüb.

Ərəb Respublikasının cənubunda gedən döyüşdə ağır yaralanan daha bir çavuş xəstəxanada dünyasını dəyişib.(APA)