Anım günü Saatlıda mütəşəkkilliklə qeyd olundu.

Gündəm / Sosial
28-09-2024, 15:42


Bildiyiniz kimi 27 sentyabr ölkəmizin hər yerində Anım Günü olaraq qeyd olunur. Deyərdim ki, bu təsis olunan Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş bütün əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.Xatırladım ki, Anım günü ölkəmizdə Müzəffər Ali Baş Komandan, 
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilmişdir. Bu gün səhər saatlarından başlayaraq ölkəmizin bütün şəhər və rayonlarinda olduğu kimi Saatlı rayonunda da anım günü mərasimi keçirildi və 

rayon rəhbərləri, aktivləri və sakinlərimiz Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini böyük qürur hissi ilə yad etdilər. Qürur hissi ilə qeyd edim ki, 44 günlük Vətən müharibəsi bizim ən yeni şanlı tariximiz, Şəhidlər və Qazilərimiz də qürur mənbəyimizdir.Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, həmçinin arxada çalışan mülki vətəndaşlarımız ,ümumiyyətlə bütövlükdə qədirbilən xalqımız böyük iradə və həmrəylik nümayiş etdirərək, erməni işğalçılarına sarsıdıcı zərbələr endirib.Nəhayət, qürurla qeyd edirəm ki, ordumuzun əks-hücumları qarşısında aciz qalan erməni işğalçılarının mülki insanlarımızı hədəfə alması, az yaşlı körpələrimizin qətliyamı və müxtəlif müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Müzəffər Ali Baş Komandanın qətiyyəti və şanlı Ordumuzun bu gün yazdığı yeni tarix, sabahımız üçün möhkəm bünövrədir! 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, milli kimliyimiz olan Bayrağımız 

işğaldan azad edilən torpaqlarımızda 

dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər, zabitlərimizə, bütün Şəhidlərimizə və Qazilərimizə vəfa borcumuzdur! Sonda qeyd edim ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram edir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.Ölkə başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsinin başa çatması ilə bağlı xalqımıza müraciətində bu barədə demişdir: 
Əminliklə vurğulayıram ki, "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. 

Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, 

zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Eyni zamanda xüsusi qeyd edim ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, Şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Birinci vitse-Prezidentimiz şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq.Onlar bizim qəlbimizdə daim yaşayacaq”. Xatırladım ki, bu gün saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi,

Saatlı rayonunda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Bütün ölkə ərazisində olduğu kimi, Anım günü Saatlıda da sakinlərimizin iştirakı ilə mütəşəkkilliklə qeyd olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa diləyirik.
Var olsun Qədirbilən Xalqımız!
              
Vüqar Məmmədov.
 YAP Saatlı dayonu 15 saylı ƏPT-nın sədri