Banqladeşdə deputatların evləri yandırıldı - Ölənlər var

Gündəm / Dünya
6-08-2024, 17:19
Banqladeşdə deputatların evləri yandırıldı - Ölənlər var
Banqladeşdəki iğtişaşların iştirakçıları son bir gündə iki parlament deputatı və keçmiş Baş nazir Şeyx Hasinanın partiyasının 100-dən çox siyasətçi və fəalının evlərini yandırıb və ya dağıdıblar.

Bu barədə "Qafqazinfo” "Daily Observer” portalına istinadən xəbər verir.

Yandırılmış evlərin yerində 6 nəfərin cəsədi aşkarlanıb.

Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina etirazlar fonunda istefa verib. O, ölkəni tərk edərək Hindistana qaçıb.