Ümummillilider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafında da müstəsna xidmətləri olmuşdur

Gündəm / Sosial
31-07-2024, 11:30
 

İlk olaraq qeyd etmək istəyirəm ki, hər bir xalqın inkişafında və tərəqqisində böyük  xidmətlər göstərmiş şəxsiyyətlər olmuşdur.
Şübhəsiz ki,xalqımızda,bu baxımdan zaman-zaman tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Xilaskarımız,Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlər-dən biridir. Qədirbilən xalqımız və dövlətimiz üçün göstərdiyi misilsiz xidmətləri Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəltmişdir.Məhz bu xidmətlərin nəticəsində, hər il 10 may tarixini xalqımız ümummilli bayram səviyyəsi kimi qeyd edir. Ümumiyyətlə ana dili hər bir xalqın var olma,özünü ifadə səbəbini təsdiq edən ən başlıca amildir.Əlbətdə ki, bu istiqamətdəki

fəaliyyətində ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmişdir.Ana dili hər bir xalqın milli sərvəti, qeyd etdiyim kimi həmin xalqın varlığının təsdiqidir. Dil bir xalqın formalaşmasında vacib olan amildir.Hər-bir xalqın keçdiyi tarixi yol,onun mədəni səviyyəsi,ilk növbədə,onun dilində öz əksini tapır.Hətta deyərdim ki,dilini itirən bir xalq məhvə məhkumdur.
Azərbaycan dilini də milli sərvətimiz olaraq, xalqımız tarix durduqca qayğısına qalmalı və dilimizi gələcək nəsillərə olduğu kimi ötürməlidir.Dilimizi sevən, ona böyük hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyevin dilə münasibəti hər bir azərbaycanlıya əsl nümunə  oldu.XX əsrin 1969-1982-cı illərində sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərirdi.O,həmçinin rusdilli

məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də verdi.Hətta Ulu öndər 1978-ci ildə tarixi bir uğura da imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, doğma dilimiz Azərbaycan dili rəsmi dil statusu əldə etdi.Qürurla qeyd edirəm ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.Qeyd edim ki, latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq nümunəsidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki,xalqımız bundan sonra həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əmindir.Ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə icra edən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-

ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Ədəbiyyatımızı,azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur.
Nəhayət Prezident İlham Əliyevin  2004-cü il yanvar ayının 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı,həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi.Bunun nəticəsində 
də kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Möhtərəm Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimiz
in hər zaman keşiyində dayandığını xalqımıza 
və dünya azərbaycanlılarına nümayiş etdirdi.
Beləliklə,minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu olaraq, qürur mənbəyimizdir.Bu gün müstəqil dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır.Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti, bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir. Sonda bir daha qeyd etməyi özümə borc və fəxr bilirəm ki, idealım və müstəqil AZƏRBAYCANIN banisi olan ulu öndər Heydər Əliyevin ölkəmizdə bütün sahələrdə olduğu kimi öz ana dilimiz, Azərbaycan dilinin ardıcıl olaraq inkişafında çox böyük xidmətləri olmuşdur.

YAP Saatlı rayonu    
15 saylı ƏPT-n sədri,           
"Araz-Şöhrət" şirkətinin məsul işçisi 
Vüqar Məmmədov.

Ümummillilider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafında da müstəsna xidmətləri olmuşdur