Rusiya ilə saziş şeytanla sazişə bərabərdir - Podolyak
Gündəm / Dünya
26-07-2024, 18:55

Müharibənin dayandırılması üçün Rusiya ilə müqavilə bağlamaq şeytanla müqavilə imzalamağa bərabərdir.
Bu sözləri "Assoşeyited Press"ə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O bildirib ki, belə bir müqavilə Rusiya lideri Vladimir Putinə ordusunu gücləndirmək və müharibənin yeni, potensial olaraq daha qəddar mərhələsinə başlamaq üçün yalnız vaxt qazandıracaq.