Elektron hüquq xidməti göstərən e-erize.az saytı istifadəyə verilib

Gündəm / Sosial
9-07-2024, 21:25
 

Elektron hüquq xidməti göstərən e-erize.az saytı istifadəyə verilib

 

Yeni informasiya resursunun əsas məqsədi vətəndaşlara pozulmuş və pozulma ehtimalı olan hüquqları ilə bağlı sənədlərin hazırlanması, ərizələrin yazılması kimi hüquqi məsləhət və informasiya xidmətləri göstərməkdir. Eyni zamanda, ölkəmizin qarşısına qoyduğu strateji məqsədlərin - e-hökumət prinsiplərinin, elektronlaşmanın, asan xidmətlərin səmərəli həyata keçirilməsi üçün vətəndaşların e-məkana, qlobal informasiya cəmiyyətinə inteqrasiyasına dəstək verməkdir.
Sayt vasitəsilə vətəndaşlar özlərinin hüquq və vəzifələrini, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində;
ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində;
fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində;
digər növ hüquqi yardım göstərilməsində, müəllif hüquqları, uşaq hüquqları və informasiya hüququ üzrə ətraflı məlumatlar əldə edə, bu sahəyə aid qanunvericilik bazası ilə tanış ola bilərlər.

Qeyd edək ki, gələcəkdə saytın daha da təkmilləşdirilməsi, ona yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur.

XeberEkspress.az