Qırmızı bülletenlə axtarılan Belçika vətəndaşı Türkiyədə SAXLANILDI
Gündəm / Sosial
9-07-2024, 18:51

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Belçika vətəndaşı Türkiyənin Yozqat şəhərində yaxalanıb.
Bu barədə yerli polis idarəsi açıqlama yayıb.
Bildirilib ki, narkotik və digər qeyri-qanuni cinayət fəaliyyətləri ilə bağlı axtarışda olan H.Ç. Yozqat-Çorum avtomobil yolunda saxlanılıb.
Həyata keçirilən əməliyyatlardan sonra o, deportasiya edilmək üçün miqrasiya idarəsinə təhvil verilib.