KİV: İranda helikopterin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb
Gündəm / Dünya
20-05-2024, 09:32
İran Prezidenti İbrahim Rəisinin bu ölkənin şimal-qərbində qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi proseduruna başlanılıb.
Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza yerində cəsədlərin tanınması istiqamətində işlər aparılır.
Xatırladaq ki, daha əvvəl İran Prezidenti İbrahim Rəisinin helikopterində olan bütün sərnişinlər və ekipaj üzvlərinin qəza nəticəsində həlak olduğu barədə məlumat verilmişdi.