“Böyük Qayıdış” proqramı uğurla icra edilir

Gündəm / Siyasət
13-05-2024, 16:32
 

 “Böyük Qayıdış” proqramı uğurla icra edilir

 

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Bizim hər birimiz üçün sevindirici haldır ki, artıq Şuşa şəhərinə qayıdış prosesi başlayıb və bu möhtəşəm ənənə uğurla davam etdiriləcək. Məlum olduğu kimi ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Şuşa Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Mədəniyyətiyimizin beşiyi ə, Zəfərimizin simvoludur. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində doğma Şuşa düşməndən azad olundu. Şuşada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında bərpa-quruculuq işləri hazırda da davam etməkdədir. Böyük Qayıdış proqramı çərçivəsində Şuşa sakinlərinin öz dədə-baba yurdlarına geri qayıtması uğurlu siyasətimizin göstəricisidir. Şuşa sakinləri ilə görüş çərçivəsində cənab Prezident bir daha tarixi faktları ictimaiyyətin diqqətinə çatdırdı. Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük.
Bəli, bununla yanaşı cənab Prezident İlham Əliyev diqqətə çatdırıb ki, heç kim bizim daxili işimizə müdaxilə edə bilməz. Biz azad olan torpaqlarımızda bərpa-quruculuq işlərini uğurla aparır və Qarabağı cənnətə çeviririk.
Qürurla söyləyirik ki, Azərbaycan müstəqil və suveren dövlətdir. Bizim işimizə heç kim qarışa bilməz. Ona görə ki, biz özümüz öz müqəddəratımızı həll edirik.