Baş katib: ICESCO üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır
Gündəm / Siyasət
13-05-2024, 09:47

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrdə elmi-tədqiqat təcrübəsinin inkişafına sərmayə yatırmağa çalışır.
Bunu ICESCO-nun Baş katibi Salim bin Məhəmməd əl-Malik Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransının açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir:
"Bu konfrans bizim müxtəlif qlobal mühitimizdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün sarsılmaz öhdəliyimizin sübutudur”.
Baş katib qeyd edib ki, konfrans iştirakçıları IV Dayanıqlı İnkişaf Məqsədində müəyyən edilmiş məqsədlərə nail olmağı hədəfləyir:
"Bu, inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün təhsil imkanlarını təşviq etmək deməkdir”.