İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb

Gündəm / Dünya
15-04-2024, 20:56
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacağını açıqlayıb.

Bu barədə diplomatik nümayəndəliyin "X” sosial şəbəkəsindəki məlumatında ​bildirilib.

"Həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir”, - nümayəndəlikdən vurğulanıb.

Həmçinin təxirəsalınmaz yardım üçün e-mail ünvanı və telefon nömrəsi də verilib.