Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək

Gündəm / Sosial
15-04-2024, 18:15
Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək
Tacikistan aprelin 20-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Tacikistana səfər etmək istəyən Türkiyə vətəndaşları ölkənin xaricdəki səfirlik və konsulluqlarında viza əldə edə bilərlər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Tacikistan vətəndaşları üçün aprelin 20-dən etibarən viza rejimi tətbiq edib. Belə ki, Türkiyəyə səfər etmək istəyən Tacikistan vətəndaşları da bundan sonra viza əldə etməli olacaqlar.