"Ramazan payı" adlı bayram konserti keçirilib. - ƏTRAFLI FOTOLAR

Gündəm / Sosial
12-04-2024, 21:53

"Ramazan payı" adlı bayram konserti keçirilib. - ƏTRAFLI FOTOLAR

 


10.04.2024 tarixində Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi,Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsinin sakinləri üçün "Ramazan payı" adlı xeyriyyə tədbiri keçirilib. 


Bayram tədbiri təşkilatçı-prodüser Lalə Dadaşovanın, "Nur Organization"-nın rəhbəri Kamran Nurun, "Əkinçi" Təhsil,Ekologiya və Sosial Tərəqqi naminə İctimai Birliyinin təsisçisi Emin Hacısoy TürkƏrin, "Aran Media Group"-un direktoru Şeyda Əzizovanın, "Mübarizlər" İctimai Birliyinin sədr müavini Gülnar Nəsiblinin, "EduSun təhsil mərkəzinin" təsisçisi Cavid Şakiroğlunun, "Mübarizlər" idman klubu MMC-nin direktoru Elxan Əhmədovun birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbir təşkilatçı Lalə Dadaşovanın başlatdığı "Bir zərrənin sevinci" adlı xeyriyyə marafonu çərçivəsində, aparıcı Zeynəb Kəngərlinin təqdimatında Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilərək, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə ilk olaraq, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Vüsal Hətəmov və 1 saylı psixonevroloji sosial xidmət mərkəzinin müdür müavini Murad Qəhrəmanlı çıxış etdilər, tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər. Pedaqoq,"Aran Media İnformasiya Groupu"-nun rəhbəri Şeyda Əzizova çıxış edərək mərkəz sakinlərini bayram münasibəti ilə təbrik etdi və xoş arzularını bildirdi.Daha sonra Millət vəkili Ceyhun Məmmədov, Respublika prokurorluğunun idarə prokuroru Məmməd Əliyev çıxış edərək öz ürək sözləri mərkəz sakinləri ilə bölüşüblər.

Bayrama özəl hazırlanmış konsert proqramında Hövsan Mədəniyyət Sarayının "Zəfər" xor kollektivinin ifasında "Ramazan" mahnısı səsləndirilmiş və rəqs nümayiş olunmuşdur. 

Konsert proqramında populyar müğənni Rövşən Binəqədili, Zaur Quluzadə,  Ağazaman Salamzadə, bəstəkar "Qarabağ bülbülü" Aybəniz Bəhrəmqızı, Aysel Əlizadə, Dağıstanlı müğənni Nadia Mikayıl və "Nağıl Band" musiqi qrupu, Ədalət Abasov, Qismət Osmanov, Əli Fezullayev, Gülnaz Nəbili, Əsnad Əliyeva, Kamal Dadaşov və rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə mərkəzin sakinlərini sevindiriblər.

Təşkilatçılar tərəfindən mərkəzin sakinlərinə bayram süfrəsi təşkil edilib.

Tədbirin sonunda "Mübarizlər" İctimai Birliyi və "Aran Media İnformasiya Group"-u tərəfindən tədbir təşkilatçılarına, iştirakçılara və xüsusi qonaqlara təşəkkürnamələr təqdim olunub, "Əkinçi"-Təhsil,Ekologiya və Sosial Tərəqqi naminə İctimai Birliyi ailəsinin "EL BİR OLSA" şüarı adı altında xatirə şəkili çəkilib.

"Ramazan payı" adlı bayram konserti keçirilib. - ƏTRAFLI FOTOLAR
"Ramazan payı" adlı bayram konserti keçirilib. - ƏTRAFLI FOTOLAR
"Ramazan payı" adlı bayram konserti keçirilib. - ƏTRAFLI FOTOLAR