Hacı Zeynalabdin Bələdiyyəsi Ramazan bayramı ilə əlaqədar bayram sovqatı paylayıb
Gündəm / Sosial
10-04-2024, 15:22
Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımovanın təşəbbüsü ilə Ramazan ayının başlanması ilə əlaqədar olaraq 20-dən çox qəsəbə ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə ərzaq yardımı hazırlanaraq 10 aprel, saat 11:00-dan etibarən paylanmağa başlanılıb.
Daim dövlətin diqqət və qayğısında olan qəsəbə sakinləri, şəhid və müharibə iştirakçısı ailələri, o cümlədən tənha və aztəminatlı ailələr, onlara diqqət və qayğı göstərən, bayram günlərində onları yaddan çıxarmayan bələdiyyə sədrinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Bayram sovqatları ailələrə təqdim olunan zaman Hacı Zeynalabdin Bələdiyyəsinin Sədri Əsli Qasımova Ölkə Prezidenti və Birinci Vitse Prezident adından, həmçinin şəhər icra hakimiyyəti adından ailələri Ramazan Bayramı münasibəti ilə təbrik ediblər, onların daim dövlətimizin diqqətində olduğunu ifadə ediblər.
Sədr bildirib ki, qəsəbə sakinlərinin qayğı və problemləri diqqətdə saxlanılır.
XeberEkspress.az