Rusiya britaniyalı məmur və hərbçilərə sanksiya tətbiq etdi

Gündəm / Dünya
12-02-2024, 17:02
Rusiya britaniyalı məmur və hərbçilərə sanksiya tətbiq etdi

Rusiyanın Xarici İşlər Nazirliyi yüksəkvəzifəli britaniyalı hərbçi, məmur və bir neçə universitetin əməkdaşlarına sanksiya tətbiq edib.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

Sanksiya sıyahısına ümumilikdə 18 nəfər daxil edilib və onların Rusiyaya girişinə qadağa qoyulub. 

Sözügedən şəxslər arasında Britaniyanın müdafiə nazirinin müavini Ceyms Kartlic, Sualtı qüvvələrin komandanı Saymon Askvit, Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Sara Makintoş da var. 

Rusiya XİN-in məlumatına görə, həmin vəzifəli şəxslərə "Londonun qarşıdurma kursu”na cavab olaraq sanksiya tətbiq edilib.