Şəmkirdə evdə partlayış olub: Xəsarət alan var
Gündəm / Hadisə
10-02-2024, 09:36

Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.