"Qəbələ" yarımfinalda

Gündəm / Sosial
9-02-2024, 18:43
"Qəbələ" yarımfinalda

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.

1/4 final mərhələsinin keçirilən cavab matçında "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. Bununla Qəbələ təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Daha öncə "Zirə" və "Qarabağ" yarımfinala vəsiqə əldə edib.