Bayramov TDT-nin baş katibi ilə görüşdü

Gündəm / Siyasət
6-02-2024, 13:10
Bayramov TDT-nin baş katibi ilə görüşdü
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubançıbek Ömüralıyev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Bu barədə TDT Baş katibinin X hesabında məlumat verilib.

Görüşdə TDT-nin fəaliyyəti və Azərbaycanda növbədənkənar prezident seçkisini izləyən TDT-nin Beynəlxalq Müşahidəçilər Missiyasına aid məsələlər müzakirə olunub.