"Blinken Mirzoyan və Ceyhun Bayramovu səbirsizliklə gözləyir"

Gündəm / Siyasət
7-12-2023, 10:35
"Blinken Mirzoyan və Ceyhun Bayramovu səbirsizliklə gözləyir"
Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovu sülh danışıqları üçün Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen özünün "X" hesabında yazıb.

O, Bakıda müsbət və konstruktiv görüşlər keçirdiyini də əlavə edib.