Büdcə zərfi qəbul edildi

Gündəm / Sosial
5-12-2023, 12:12
Büdcə zərfi qəbul edildi
Milli Məclis 2024-cü il büdcə zərfini qəbul edib.

Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinə daxil olan qanun toplusu müzakirə olunaraq qəbul edilib.

Parlament Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində təsdiq edilməsinə səs verib.