Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

Gündəm / Dünya
4-12-2023, 10:30
Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ
Hindistanın cənubunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələri (İndian Air Forces) "X” platformasında yazıb.

Hindistan HHQ məxsus "Pilatus PC-7 Mk II” təyyarəsi ölkənin cənubundakı Telanqana əyalətinin Medak rayonunda qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan pilot və təcrübəçi həlak olub.

Təyyarənin düşdüyü ərazidə mülki şəxslərə və infrastruktura heç bir ziyan dəyməyib.