HƏMAS-ın girovluğunda olan israillilərin sayı açıqlandı

Gündəm / Dünya
28-11-2023, 20:52
HƏMAS-ın girovluğunda olan israillilərin sayı açıqlandı
İsrailin Hindistandakı səfiri Naor Gilon HƏMAS-ın girovluğunda olan israillilərin sayını açıqlayıb.

Bu haqda o "ANI” xəbər agentliyinə danışıb.

"Təxminən 170-ə yaxın girov qalıb. Bizim iki məqsədimiz var: biri HƏMAS-ın imkanlarını aradan qaldırmaq, digəri isə girovları azad etmək... Biz hər iki məqsəd üzərində işləyirik”, - deyə o qeyd edib.