Şəhid Elxan Hüseynovun ailəsi tərəfindən yaratdığı ev muzeyi - VİDEO

Gündəm / Video
28-11-2023, 03:42
 

Şəhid Elxan Hüseynovun Şəhidlik zirvəsinə ucaldığı gündən 3-cü il  keçir bununla bağlı XeberEkspress.az sayt  komandası Biləsuvarda çəkiliş etdi .Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qala - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə ucaldı

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.