ABŞ-nin Türkiyədən TƏLƏBİ: Sanksiyalara...

Gündəm / Dünya
27-11-2023, 08:56
ABŞ-nin Türkiyədən TƏLƏBİ: Sanksiyalara...
ABŞ Maliyyə Nazirliyinin rəsmisi Brayan Nelson gələn həftə Türkiyəyə səfər edəcək.

Bu barədə "Blumberq" məlumat yayıb.

Məlumata görə, Nelson Türkiyədən ABŞ-ın bir sıra Rusiya şirkətlərinə və HƏMAS-a qarşı sanksiyalarına əməl etməyi tələb edəcək.

Bildirilib ki, həmçinin ABŞ Qərb maliyyə sistemini pozan türk şirkətlərini də xəbərdar edərək onlara sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.