"Biri Əmrahdadır, biri də məndə" - Əməkdar artist
Gündəm / Mədəniyyət
22-11-2023, 09:56
Əməkdar artist Cavanşir Məmmədov "Rəngarəng səhər” verilişində ona hədiyyə olunan aksesuarları təqdim edib.
Əməkdar artist sərvət dəyərində olan aksesuarların tarixçəsindən söz salıb.
Müğənni "qızıl mikrofon”la bağlı da xatirələrini bölüşüb: "Bu qızıl mikrofon, brilliant qaşlarla... 2005-ci ildə Türkiyə müğənnisi Əmrah - Küçük Əmrahla konsert vermişdik. Vəli Məmmədov var, biznesmendir. Bu mikrofondan birini Əmraha verdi, birini də mənə. Biznesmen adamdır. Hazırda da mənim qudamdır”.
Sənətçi bu aksesuarı heç zaman satmayacağını bildirib: "Bu, sənət yadigarlıdır. Acından ölsəm də, satmaram”.