Əliyar Ağayev AVRO-2024-ün oyununa təyinat aldı

Gündəm / İdman
14-11-2023, 14:30
Əliyar Ağayev AVRO-2024-ün oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Xeberekspress.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya - Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.