Daha 21 ailə bu gün doğma Füzuli şəhərinə qovuşacaq
Gündəm / Bölgə
12-10-2023, 07:55

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş "Qobu Park-3” yaşayış kompleksinin qarşısından 21 ailə (88 nəfər) Füzuli şəhərinə yola salınıb.
Xatırladaq ki, Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.