"Mirzoyanın yerində olsaydım, BMT-dən qayıdıb ərizəmi yazardım"

Gündəm / Siyasət
22-09-2023, 10:16
"Mirzoyanın yerində olsaydım, BMT-dən qayıdıb ərizəmi yazardım"
BMT Təhlükəsizlik Şurasının dünən axşam saatlarında baş tutan sessiyasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib. 

Ondan bir neçə dəqiqə sonra Azərbaycanın xarici işlər naziri çıxışında Ermənistanın baş nazirinə istinad edərək faktlarla cavab verdi ki, heç bir təhlükə yoxdur, bunu biz demirik, sizin baş naziriniz bir neçə saat əvvəlki çıxışında canlı yayımda deyib. 

"Hraparak" nəşri dərc etdiyi məqalədə qeyd edib ki, Paşinyan Mirzoyanın bütün səylərini çıxışı ilə məhv edib: "Ararat Mirzoyanın yerində olsaydım, (Bayramovun çıxışından sonra) qayıdıb ərizəmi yazardım. Deyərdim ki, məni planetin əsas tribunasına göndərdin ki, baş verənlərdən danışım, amma məni bütün dünyanın qarşısında biabır edirsən".