Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı və partiya idarə heyəti üzvü imiş - VİDEO

Gündəm / Video
22-09-2023, 10:09
 

Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı və partiya idarə heyəti üzvü imiş - VİDEO

 

Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb.
Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı bir nəfərin gülməsi sosial şəbəkədə reaksiyalara səbəb olub.

Əldə etdiyimiz məlumata görə şəhidin dəfn mərasimi zamanı polislərin havaya güllə atmasından diksinib və daha sonra özünə hakim olmayıb "qəşş" edib gülən şəxslər Qartal Tikinti Firmasının Direktoru, Şahin Məmmədov, YAP idarə heyəti üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Emin Əliyevdir.

Xatırladaq ki, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

XeberEkspress.az