Həlak olan mülki şəxs şəhid qardaşı imiş...

Gündəm / Sosial
20-09-2023, 11:13
Həlak olan mülki şəxs şəhid qardaşı imiş...

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Şuşaya terror hücumu nəticəsində mülki şəxs - Fərhadov Vidadi Aydın oğlu həlak olub.

"Qafqazinfo”nun məlumatına görə, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub. Bu barədə məlumatı Şuşa Rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.

V. Fərhadovun əvvəllər Şuşa RİH-də çalışdığı bildirilib. O, 30 illik məcburi köçkün həyatından sonra doğma şəhərinə ilk köçənlərdən olub.

Vidadi Fərhadov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis kimi çalışırmış.

O, doğulduğu Şuşa şəhərində dəfn olunacaq.