Azad edilmiş rayonlarda yeni yaradılmış iş yerlərinin sayı açıqlanıb - SİYAHI
Gündəm / Bölgə
17-08-2023, 12:49

2023-cü ilin yanvar-iyun ayları ərzində işğaldan azad edilmiş rayonlarda 623 yeni iş yeri açılıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin ilk altı ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 328, Şuşada isə 177 yeni iş yeri açılıb.
Azad edilmiş rayonlar | Yeni yaradılmış iş yerlərinin sayı |
Laçın | 328 |
Suşa | 177 |
Xocavənd | 32 |
Cəbrayıl | 28 |
Kəlbəcər | 19 |
Ağdam rayonu | 18 |
Füzuli | 13 |
Xocalı | 5 |
Qubadlı | 2 |
Zəngilan | 1 |