Ukrayna Rusiyanın iki vilayətini ATƏŞƏ TUTDU

Gündəm / Dünya
31-05-2023, 13:44
Ukrayna Rusiyanın iki vilayətini ATƏŞƏ TUTDU
Ukrayna Belqorod vilayətinin Şebekino şəhərinə kütləvi zərbələr endirilib.

Bu barədə Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında məlumat yayıb. 

Onun sözlərinə görə,  zərbələr nəticəsində 4 rusiyalı yaralanıb. 

Bununla yanaşı, Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit isə Qluşkovski rayonunun Tyotkino kəndinin yenidən Ukrayna tərəfindən atəşə tutulduğunu bildirib.