22 yaşlı gənci sel aparıb

Gündəm / Hadisə
26-05-2023, 07:59
22 yaşlı gənci sel aparıb
Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.