Ağstafa Regional Mədəniyyət İdarəsi "Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100" mövzusunda tədbir keçirdi.
Gündəm / Bölgə
10-05-2023, 17:20
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə təşkil olunan tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, tabe müəssisələrin rəhbər və işçi heyyəti iştirak etdi. Əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyuldu, xatirəsi ehtiramla anıldı.
Mərkəzin foyesində Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş kitab və foto sərgisinə baxış keçirildi.
Ulu Öndər Heydər Əliyevin və Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev geniş məruzə ilə çıxış etdi.
Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc aldığını vurğulayan Nurəddin Mehdiyev qeyd etdi ki , mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqi, teatr, milli kino, heykəltaraşlıq və rəssamlıq sənətimiz bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Çıxışlarda Ulu öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxladığı, məhz Ümummilli lider sayəsində XX əsrdə xalqımızın mədəni həyatında yeni bir dövr başlandığı qeyd olundu.
Tədbirin bədii hissəsində məşhur bəstəkarların Ulu öndərə həsr etdikləri və onun sevdiyi əsərlər, xalq mahnıları, həmçinin vətənpərvərlik ruhunda ifalar təqdim edildi.
Qeyd edək ki, "Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100" mövzusunda keçirilən tədbir "Heydər Əliyev İli” ilə əlaqədar Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.