Ağstafa rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Rəqs Gününə həsr olunmuş tədbir keçirildi
Gündəm / Bölgə
29-04-2023, 21:30
29 aprel 2023-cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Rəqs Gününə həsr olunmuş "Rəqs - mənəvi dünyam" adlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət Mərkəzinin könüllüləri, Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin və Ağstafa rayon Uşaq Gənclər - İnkişaf Mərkəzinin istedadlı yeniyetmə və gəncləri geniş konsert proqramı ilə çıxış edib.