Şuşada yaralanan hərbçilərimiz belə təxliyə olundu - VİDEO
Gündəm / Video
22-04-2023, 23:28

Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistanın növbəti təxribatı nəticəsində minaya düşərək yaralanan hərbi qulluqçularımız Laçın yolu vasitəsilə təxliyə olunub.
Minaya düşən 3 hərbi qulluqçumuza hadisə baş verən zaman təxirəsalınmaz tibbi yardım göstərilib.
Dərhal hərbi qulluqçularımız hərbi tibbi yardım maşınları vasitəsilə yaxınlıqda olan tibb müəssisələrindən birinə aparılıb.