Uşaq İncəsənət Festivalının Ağstafa Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi başlayıb.

Gündəm / Bölgə
22-04-2023, 16:56
 
Uşaq İncəsənət Festivalının Ağstafa  Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi başlayıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlar üzrə start götürüb.

Aprelin 17-də Ağstafa  Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 müəssisədə piano ifaçılığı, klassik simli alətlər, klassik nəfəs alətləri, Azərbaycan xalq çalğı alətləri, akademik vokal, xanəndəlik sənəti, aşıq sənəti xor, solo milli rəqs, solo müasir rəqs, bədii qiraət, dekorativ-tətbiqi sənət, rəssamlıq, rəqəmsal incəsənət nominasiyaları üzrə ümumilikdə 1096 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, aprel ayının 25-dən mayın 11-dək Tovuz, Ağstafa və Qazax  rayonlarında  qeydiyyatdan keçən uşaqlar müəyyən olunmuş məntəqələrdə münsiflər heyəti qarşısında çıxış edəcəklər.