Ağstafa rayon Heydər Əliyev Mərkəzində "Əsrin Lideri" mövzusunda bilik yarışması keçirildi
Gündəm / Mədəniyyət / Bölgə
6-04-2023, 17:34
5 aprel 2023-cü il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Ağstafa rayon Təhsil Sektorunun dəstəyi ilə "Heydər Əliyev İli" çərçivəsində ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Əsrin Lideri" mövzusunda bilik yarışması keçirilib.
Bilik yarışının təşkil olunmasında məqsəd, şagirdlərin ümummilli lider Heydər Əliyev irsi, həyat və fəaliyyəti, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq və yeniyetmələrdə intellektual yarışlar vərdişinin formalaşdırılmasıdır.
Bilik yarışmasında Ağstafa rayon ümumtəhsil məktəblərindən 10 komanda iştirak edib.
5 komanda fəallıq göstərərək 2-ci tura keçid qazanıb.
İkinci turda isə Ağstafa rayon 1 nömrəli tam orta məktəbin " Zəfər" komandası 1-ci yerə, Həsənsu kənd tam orta məktəbin "Zirvə" komandası 2-ci yerə, Vurğun qəsəbə tam orta məktəbin "Lider" komandası 3-cü yerə layiq görülüb.
Qalib komandalar Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.
Sonda mərkəzin direktoru Ləman Cəlilova qalib gələn şagirdləri təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb.