Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 104 illik yubileyini bütün xalqımız böyük ruh yüksəkliyi ilə qeyd edir.

Gündəm / Sosial
28-03-2023, 22:56
 

Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 104 illik yubileyini bütün xalqımız böyük ruh yüksəkliyi ilə qeyd edir.

Yazılarımın birində müasir və müstəqil Azərbaycanın memarı Ulu öndər Heydər Əliyevi özümə hələ uşaq vaxtlarımnan ideal bilib, həyatını və şərəfli fəaliyyət-ini bütün Gənclərimizə nümunə olduğunu fəxrlə qeyd etmişdim.Bu gün isə idealımın şərəfli Peşəsi barədə əlimə qələm alaraq yazmaq istəyirəm.Bu yerdə əvvəla dahi insan Heydər Əliyevdən və xalqımızdan üzr istəyirəm ki,ölkəmizdə idealımın qurub,yaratdığı bu güc qurumu, DTX  haqqında yazdıqlarımda nöqsan,qüsur olarsa məni üzürlü saysınlar.Çünki mən bir peşəkar,işinin, vəzifəsi-nin alternativi olmayan bir ustası Heydər Əliyev və onun şərəfli peşəsindən bir həvəskar olaraq yazıram.

 
Qurumun adındanda bəlli olduğu kimi xususiliklə və  gizliliklə aparılan bütün əməliyyatlardan sonra xəbər tutulması,onların peşəkarlıqından xəbər verir.Azərbaycanda əsasını Ulu Öndər Heydər Əliyevin peşəkarlıqla qoyduğu bu qurumu fəaliyyətindən xalqımız çox razı və arxayındır.Ümumillilider Heydər Əliyev xüsusi xidmət orqanlarında milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində çox mühüm və uğurlu fəaliyyət göstərmiş və işlər görmüşdür.
 
Məhz 1993 cü ildə ulu öndər Heydər Əliyevin ölkəmizdə müstəqil və müasir dövlət quruculuğuna başlaması ilə bütün dövlət idarəetmə sistemində, o cümlədən də  xüsusi xidmət orqanlarının da fəaliyyətinin yeni,dünya standartına uyğun və özünəməxsus  tələblər və qaydalar səviyyəsində qurulmasına imkan və şərait yarandı.Dövlətimizin banisi, dahi insan Heydər Əliyev  gənc yaşlarından kəşfiyyat və əks-kəşfiyyat işini mənimsəmiş və onun mükəmməl bilicisi, fenomenal yaddaşa və qabiliyyətə malik xüsusi xidmət zabiti kimi öz həmkarları arasında böyük nüfuz qazanmışdı.Bu Qurumda əvvəl bölmə rəisi, əks-kəşfiyyat şöbəsinin rəisi, Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini və daha sonra isə,Komitə sədri vəzifələrinə yüksələrək əsl peşəkarlıq nümunəsi göstərmiş və xidməti səlahiyyətləri ilə bağlı bütün məsələlərin həllində qədirbilən Xalqının və  Vətəninin mənafeyini əsas götürmüşdür.Ulu öndərin bu sahədəki fəaliyyəti, sözün əsl mənasında nümunəvi  xarakter daşımışdır.Eyni zamanda qeyd edərdim ki, dahi insanın əfsanəvi fəaliyyəti Təhlükəsizlik Orqanlarının tarixinə qızıl hərflərlə yazılmışdır.Müstəqil Azərbaycanın və dövlətimizin qurucusu  Azərbaycan Təhlükəsizlik Orqanlarının fəxri rəhbəri Heydər Əliyevin sözləri ilə desəm : "Dövlətin təhlükəsizlik,yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”.
Respublikamızda təhlükəsiz-lik orqanlarına, Dövlətimiz tərəfindən  göstərilən yüksək diqqət və qayğı onu göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.Hal-hazırda isə, yəni müasir dövrdə ölkəmizdə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində xüsusi xidmət orqanlarının rolu böyükdür.
 
Birmənalı olaraq Dövlət Təhlükəsizlik Xidmətinın fəaliyyəti insan və onun  hüquq,azadlıqlarına riayət olunması,dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.Beləliklə bütün bunlar onu deməyə əsas verir ki,bu gün artıq Ölkəmizin milli maraqlarına yönələn bütün təhdid və cəhdlərin qarşısı Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaqdır,ölkədə daimi  sabitlik və əmin-amanlıq təmin olunacaqdır.Ordumuzun hazırda dünyanın ən güclü 50 ordusu sırasında olması,ölkədə hərbi quruculuq sahəsində aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir.Qürurla yazıram ki,ölkəmizdə yürüdülən Gənclər siyasəti sayəsində Gənclərimizin hərbi-vətənpərvərlik ruhu isə bu gün ən yüksək səviyyədə- dir.Beləliklə Azərbaycanda DTX-nin keçdiyi 104 ildə,onun sürətli inkişaf dövrünün,məhz Ulu öndər Heydər Əliyevin bu Quruma və Ölkəyə rəhbərlik etdiyi dövrdən başladığının şahidi oluruq.
 
Sonda Ölkəmizin Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının bütün əməkdaşlarını, habelə bu Qurumun rayonumuzda gecə-gündüz yorulmadan,Xalqının və Dövlətinin asaişi, ictimai-siyasi sabitliyi naminə səylə çalışan əməkdaşlarını və veteranları peşə bayramı  münasibətilə səmimi qəlbdən təbrik edirəm və bu şərəfli xidmətlərində müvəffəqiyyətlər arzu edirəm.

Vüqar Məmmədov
YAP Saatlı 15 saylı                   
ƏPT-nın sədri