Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi - Video

Gündəm / Dünya
18-03-2023, 16:21
Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya Prezidenti Sauli Niinisto ilə paytaxt Ankarada görüşü zamanı maraqlı anlar yaşanıb.

Xeberekspress.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasimdə islanan fin jurnalistlərdən biri Prezident Ərdoğanın diqqətini çəkib.

Ərdoğan şəxsi katibi Həsən Doğana jurnalistə ayaqqabı hədiyyə etməsini deyib.

Prezident Ərdoğan mərasimdən sonra jurnalistlə yenidən görüşüb.