“Rang-Rover”lə “Opel” toqquşdu, polis xəsarət aldı

Gündəm / Sosial
4-02-2023, 17:56
“Rang-Rover”lə “Opel” toqquşdu, polis xəsarət aldı

Bakıda yol qəzasında polis əməkdaşı xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda "Rang-Rover” markalı avtomobillə "Opel” markalı maşın toqquşub. Nəticədə "Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.